BQXK-nin nümayəndələri Ermənistanda əsir və girovluqda olan Azərbaycan vətəndaşları ilə görüşüb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistan əsirliyində və girovluğunda olan Azərbaycan vətəndaşları ilə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva bazar ertəsi Trend News-a bildirib ki, yanvarın 21-də təşkilatın Ermənistan nümayəndəliyinin əməkdaşları əsirlər Anar Hacıyev, Rafiq Həsənov və girov Eldar Tağıyevlə görüşüb, onlarla təkbətək söhbət aparıb və saxlanma şəraiti ilə tanış olublar.

Tovuz rayon sakini Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb. Azərbaycan Ordusunun çavuşu Anar Hacıyev ötən il mayın 10-da Füzuli cəbhəsində əsir götürülüb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO