“Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin erməni əsir Akop İnciqulyanla görüşü üçün heç bir problem yoxdur”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu deyib.
Onun sözlərinə görə, sabah saat 16.00-da BQXK-nın Bakı ofisinin nümayəndələrinin əsirlə görüşü olacaq: “Ona görə də erməni tərəfinin bununla bağlı səs-küy qoparmasının heç bir məntiqi əsasını görmürəm. Əsirlə bağlı beynəlxalq norma və konvensiyalara uyğun rəftar edilir, ona erməni tərəfinin iddia etdiyi kimi heç bir təzyiq göstərilmir”.
Qeyd edək ki, avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.