Böyük Britaniya ümid edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin müzakirəsinə dair görüşləri müntəzəm keçiriləcək. Trend-in məlumatına görə, bunu Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq Bakıda mətbuat konfransında deyib.
Britaniyalı nazir bildirib: “Biz Azərbaycan və Ermənistan prezidentlərinin bu yaxınlarda keçirilən görüşünü alqışlayırıq və ümid edirik ki, görüşlər daimi əsasda keçiriləcək”.