Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlir

Bosniya və Herseqovina Parlament Məclisinin Nümayəndələr Palatasının sədri Bojo Lyubiçin rəhbərliyi ilə nümayəndə heyəti bazar ertəsi Azərbaycana səfərə gələcək.
Bu barədə Trend-ə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib.
Onun sözlərinə görə, səfərin məqsədi iki ölkə parlamentləri arasında əlaqələrin inkişafına dair danışıqların aparılmasıdır.
Səfər çərçivəsində Bojo Lyubiç Milli Məclisdə, Səhiyyə, Sənaye və Energetika, İqtisadi İnkişaf nazirliklərində, Azərbaycan Milli Elmlər Akademiyasında görüşlər keçirəcək.
Nümayəndə heyəti 5 fevralda Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO