Yanvarda BMT Təhlükəsizlik Şurası Azərbaycan da daxil olmaqla bütün şura üzvlərinin iştirakı ilə Yaxın Şərq, ədalət məhkəməsi və qanunun aliliyi ilə bağlı 5 brifinq, 11 məsləhətləşmə və 3 formal debat keçirəcək. Vaşinqton müxbirinin xəbərinə görə, yanvarın 4-də keçirilən mətbuat konfransında Təhlükəsizlik Şurasının sədri Baso Sanqku (Baso Sangqu) şuranın yeni üzvlərini, o cümlədən Azərbaycanı salamladıqdan sonra iş proqramının əsas maddələrini açıqlayıb. O bildirib ki, TŞ-nin əsas mövzularından biri Cənubi Sudan münaqişəsidir, bu problem yanvarın 5-də müzakirə ediləcək.
Yanvarın 10-da TŞ Suriya ilə əlaqədar brifinq keçirəcək. Şura həmçinin Somali ilə bağlı açıq görüş təşkil edəcək.
Bu ay Təhlükəsizlik Şurası BMT və regional təşkilatlar arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı açıq debat da keçirəcək.