BMT: Ərzaq məhsullarının qiyməti tarixi maksimuma çatıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlama yayıb. Açıqlamada bildirilir ki, ərzaq indeksi artıq yeddinci aydır artmaqda davam edir. Yanvarda bu indeks 3,4% artaraq 231 bənd təşkil edib. Bu, 1990-cı ildən BMT-nin dünyada ərzaq məhsullarının qiymətini müşahidə etməyə başlamasından sonra maksimal həddir.

Yanvar ayında taxıl məhsulları 3%, yağ əldə olunan bitkilər 5,6%, süd məhsulları 6,2%, şəkər 5,4% bahalaşıb. Yalnız ətin qiymətində dəyişiklik müşahidə olunmayıb. Buna Almaniya baş verən “dioksin qalmaqalı” səbəb olub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO