“BMT-nin yeni qətnamələri icra edildiyi halda, Qarabağla bağlı qətnamələr hələ də yerinə yetirilməyib “

“Dağlıq Qarabağ Azərbaycanın çox önəmli məsələsidir”. Bunu jurnalistlərə açıqlamasında BMT-nin Azərbaycan üzrə rezident əlaqələndiricisi Fikrət Akçura deyib. BMT tərəfindən yeni çıxarılmış qətnamələrin icra edildiyini bildirən rezident əlaqələndiricisi Qarabağla bağlı qurumun qətnamələrinin hələ də icra olunmadığını açıqlayıb: “Onların yerinə yetirilməsi üçün Azərbaycan, Avropa institutları daha fəal olmalıdır. 1 milyon qaçqın, məcburi köçkün ağır durumdadır. 20 ildir, insanlar evlərindən didərgin düşüb. Onlar üçün bir həll yolu tapılmalıdır”.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının (TŞ) Liviya ilə bağlı bu il martın 17-də qəbul etdiyi 1973 saylı qətnamənin dərhal icrasına başlanıb. Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini dərhal boşaltmasına dair TŞ-nin 4 qətnaməsi isə 20 ilə yaxındır icra

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO