BMT-nin Təhlükəsizlik Şurasının qərarı Müəmmar Qaddafinin rejiminin əleyhdarlarını qətlə yetirməsinin qarşısı alınmağa yönəlib.
Sanksiyalara görə, Liviya ilə silah alverinə embarqo qoyulub, Liviya lideri və onun ailə üzvlərinin bank hesabları dondurulub, bir neçə xarici ölkəyə daxil olmalarına qadağa qoyulub.
BMT-nin Təhlükəsizlik Şurasının qərarında Beynəlxalq Məhkəmənin Liviyada dinc insanların qətlə yetirilməsi faktının araşdırması, günahkarların məsuliyyətə cəlb edilməısi ilə bağlı da müddəa var.
Liviya rəhbərliyi barədə qətnamə layihəsi Fransa, Rusiya, Almaniya və Amerika Birləşmiş Ştatları təşəbbüsü ilə Təhlükəsizlik Şurasına təqdim olunub.
Qeyd edək ki, 42 il Liviyaya rəhbərlik edən Qəddafinin hakimiyyətinə qarsı etiraz aksiyaları fevralın 15-dən davam edir. BMT-nin məlumatlarına görə, iğtişaşlar zamanı 1000-dən çox insan ölüb.
Yola saldığımız həftə içində BMT-nin baş katibi Pan Ki Mun iğtişaşların və aksiyaçılara qarşı silah tətbiq etmənin dayabndırılması üçün Qəddafiyə müraciət etsə də, bu müraciətə əhəmiyyət verilməyib.