BMT baş katibinin xüsusi müşaviri Cənubi Qafqaz Forumunda iştirak edəcək

BMT baş katibinin xüsusi müşaviri, o cümlədən HİV/AİDS üzrə xüsusi səlahiyyətli elçisi və BMT-nın Əhali Fondunun sabiq rəhbəri Nafis Sadik Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkil etdiyi Cənubi Qafqaz Forumunda iştirak etmək üçün Azərbaycana səfərə gəlir.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Dr. Nafis Sadik BMT-da ən yüksək vəzifə tutan ilk qadındır. O, sosial İnkişaf cəmiyyətinin prezidenti, “İnsan Alverinə Son” beynəlxalq layihəsinin direktorlar şurasının üzvüdür.

Qeyd edək ki, Nafis Sadik, o cümlədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin üzvüdür.
Birinci Cənubi Qafqaz Forumda əlahəzrət Kraliça Nur, İsrailin sabiq baş naziri Ehud Barak, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis, YUNESKO-nun ən nüfuzlu direktoru olmuş Federiko Mayor Zaragoza, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, Latviyanın sabiq prezidentləri Vaira Vike-Freiberga, Valdis Zatlers, Türkiyənin sabiq prezidenti Sülyeman Dəmirəl, Finlandiyanın sabiq prezidenti xanım Tarja Halonen, Mavritaniya, Boliviya, Argentina, Kosta Rika, Litva, Nigeriya, CAR, Portuqaliya, Meksika və ümümiyyətlə 50-yə yaxın ölkənin regional və dünya miqyasında tanınan liderləri təmsil olunurlar.
Forum Beynəlxalq Chatham Evinin qanunlari ilə nizamlanılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO