“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2017-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyəşdirilməsi ilə bağlı ikinci müsabiqədə iştirak etmiş və “Beynəlxalq hüquq baxımından Azərbaycanın işğal olunmuş ərazilərində Er¬mənis¬ta-nın qanunsuz və hüquqa zidd fəaliyyətinin araşdırılması” adlı layihəsinin qalibi olmuşdur.
Layihə haqqında qısa olaraq bunu qeyd edə bilərik ki, bu layihə Ermənistan Respublikası və separatçıların Azərbaycanın işğal olunmuş ərazilərində müasir beynəlxalq hüquqa zidd, qeyri-qanuni fəaliyyətinin qüvvədə olan beynəlxalq sənədlər əsasında sübuta yetirilməsi və bu nəticələrlə beynəlxalq ictimaiyyəti ta¬nış etməkdir. Burada əsasən aşağıdakı istiqamətlər araşdırılmışdır:1)Azərbaycanın işğal olun¬muş əra¬zi¬l¬ərində qanun¬suz məskunlaşma, 2)təbii sərvətlərin qanunsuz istismarı, 3)qanunsuz iq¬ti¬sadi fəaliyyət, 4)tarixi abidələrin dağıdılması və özgənin¬kiləşdi-rilməsi, 5)yer adlarının qa¬nun¬suz dəyişdirilməsi, 6) ətraf mühitə vurulan ziyan.
Azərbaycanın İşğal olunmuş əraziləri heç bir döv¬lə¬tin, beynəlxalq təşkilatın nəzarətində olmayan özünəməxsus kriminal mən¬bəyinə çev¬rilmişdir. Belə ki, separatçı-terrorçu rejim işğal altında olan əra¬zi¬lərdə narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və satışının inkişaf etməsi üçün bütün zəruri şərait yaratmışdır.
Azərbaycana qarşı təcavüzün nəticələrindən və mövcud status-kvodan yarar¬lan¬mağa çalışan Er¬mə¬nistanın rəsmi orqanlarının əsir və girov götürülmüş, itkin düşmüş azərbaycanlıları gəlir məq¬sədi ilə alver predmetinə çevirərək müxtəlif ci¬na¬yətkar qruplaşmalarla işbirliyi qurduqları barədə təkzibedilməz faktlar möv¬cud¬dur.
Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər qanunsuz məskunlaşdırılmışdır. 2003-cü ilin dekabrında Ermənistanın baş naziri A. Marqaryan erməni əhalisinin Azər¬bay¬ca¬nın işğal olun¬¬muş Dağlıq Qa¬ra¬bağ bölgəsinə köçürülməsi məsələsinin Ermənistan hökuməti üçün prioritet təş¬kil etdiyini rəs¬mən bildirmişdir.
Azərbaycan Respublikası beynəlxalq ictimaiyyəti Ermənistanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam riayət etməyə, dərhal həm erməni, həm də xarici vətəndaşların işğal olunan ərazilərə köçürülməsini dayandırmaq və ləğv etməyə, dərhal Azərbaycanın işğal olunan ərazilərində iqtisadi və ticarət fəaliy¬yə¬ti¬ni dayandırmaq və həmin ərazi¬lərdəki arxeoloji, mədəni və dini abidələr də daxil olmaqla, mədəni irs nümunələri və müqəddəs yerlərin dağıdılması və talan edilməsini dayandırmağa məcbur etməyə çağırır.
“Beynəlxalq hüquq baxımından Azərbaycanın işğal olunmuş ərazilərində Er¬mənis¬ta¬nın qanunsuz və hüquqa zidd fəaliyyətinin araşdırılması” adlı layihənin icrası dövründə “Müa¬sir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanin işğal olunmuş ərazilərində Er¬mə¬¬nistanin qa¬nun¬suz və hüquqa zidd fəaliyyəti” adlı xüsusi kitab nəşr olunması plan¬laşdırılır.
Layihənin müddəti 15iyul 2017-ci il tarixindən 15noyabr 2017-ci il tarixinədək (4 ay) dövrü əhatə edir. Layihənin əsas məqsədləri və vəzifələri aşağıdakılardır:
Layihənin əsas məqsədi – Ermənistanın müasir beynəlxalq hüququ pozan əməlləri və fəaliyyəti nəticəsində BMT və digər təşkilatların rəsmi sənədlərinin müddəalarını pozduğunu və qanunsuz fəa-liyyətini açmaqdır.
Layihənin əsas vəzifəsi isə Azərbaycan Respublikasının gələcək xarici siyasət fəaliyyətində lazım ola¬caq dünya ölkələrinin və xalqlarının Ermənistan vandalizminə münasibətdə mənfi ictimai rəyi¬ni qazanmaqdır.
Layihənin icra müddəti ərzində paytax¬tımızda (Bakı şəhəri) və regionda (İsmayıllı rayo¬nu) keçiriləcək tədbirlərin“Beynəlxalq hüquq baxımından Azərbaycanın işğal olunmuş ərazilərində Er-mənis¬ta¬nın qanunsuz və hüquqa zidd fəaliyyətinin araşdırılması”inkişafında müsbət təsiri olacaqdır. Bu baxımdan layihə çərçivəsində konkret tədbirlər reallaşdırmaq daha məqsədə uyğundur və layihə çərçivəsində görüləcək işlər aşağıdakılardır:
1) “Müasir beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın işğal olunmuş ərazilərində Er¬mə¬-nistanın qanunsuz və hüquqa zidd fəaliyyəti” adlı 300 səhifəlik xüsusi kitabın hazırlanması və paylanması;
2) Beynəlxalq hüquq üzrə ekspertlər qrupunun yaradılması;
3) 2tədbirin təşkili və tədbirlərin Bakı şəhərində və İsmayıllı rayonunda keçirilməsi;
4) Azərbaycanın əhalisini (o cümlədən tələbələrini) məlumatlandırma tədbirlərinin keçirilməsi;
5) Azərbaycanın kütləvi informasiya vasitələrində xüsusi materialların yerləş¬di¬ril¬məsi;
6) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Qaçqınların və Məcburi Köçkün¬lərin İş¬lə¬ri üzrə Dövlət Komitəsi, Ombudsman, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Aka¬de¬mi¬ya¬sının İnsan Hüquqları İnstitutu kimi Azərbaycan Respublikasının dövlət orqanlarında və s. tanıdılması.
Layihənin icra müddəti ərzində və ondan sonrakı dövrdə Azərbaycan Respublikasının əhalisi və Azərbaycan Respublikasının müvafiq dövlət or¬qanları – Konstitusiya Məhkəməsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ombudsman, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu və ümumilikdə Azərbaycan Respublikasının vətəndaşları layihə çərçivəsində nəşr olunacaq kitabdan və Bakı şəhərində və bölgələrdə keçiriləcək tədbirlərdənfayda¬lana¬caqlar.
Hesab edirik ki, layihənin icra müddətində aşağıdakı nəticələri əldə edəcəyik:
1) Ermənistan Respublikası və separatçıların Azərbaycanın işğal olunmuş ərazilərdə qeyri-qa¬nu¬ni fəaliyyəti ilə bağlı gənclərin yeni-yeni qeyri hökumət qurumlarının və birliklərinin yaran¬ma¬sı¬na və fəaliyyətinə təkan verəcək.
2) Azərbaycanın qanuni hüquqlarını dünyada tanıtdıracaq.
3) Ermənistanın Azərbaycan əleyhinə qurduğu təbliğat maşınına zərbələr dəyəcək.
4) Azərbaycan haqları uğrunda hərəkat vüsət alacaq.