Bakıya satış məqsədi ilə gətirilmiş at əti aşkarlanıb

Biləsuvar rayon sakininin avtomobilindən Bakıya satış məqsədi ilə gətirdiyi at əti götürülüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən at əti aşkar edilərək götürülüb.

Polislər Biləsuvar rayon sakini Damət Suleymanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobildə Bakıya satış məqsədi ilə gətirdiyi 242 kiloqram at ətini aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO