Ötən gün Bakıda və Abşeron yarımadasında qeydə alınan temperatur iqlim normasından 1 dərəcə aşağı olub. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib.
Onun sözlərinə görə, noyabrın 26-na kimi hava şəraitinin küləkli keçəcəyi, havanın fasilələrlə yağıntılı olacağı gözlənilir.
Qeyd edək ki, ölkədə mülayim hava şəraitindən sonra noyabrın 21-dən başlayaraq, hava şəraiti dəyişib, temperatur 5-8 dərəcə enib.