Bakıda “Metropark” ticarət mərkəzində yeraltı dayanacaqda dəm qazından 30-dan artıq insan zəhərlənib. Bakı şəhər Təcili Təxirəsalınmaz Stansiyasından Trend-də bildiriblər ki, onların yarısına yerində ilkin tibbi yardım göstərilib.
FHN-DƏN Trendə bildiriblər ki, ilkin ehtimala görə, ticarət mərkəzinə bitişik binalardan birindən qaz sızması nəticəsində yeraltı dayanacaqda dəm qazı yaranıb.
Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, şöbəyə 15 xəstə daxil olub. Vəziyyətləri orta asırdı. Hamısı böyükdür. Günün sonu evlərinə buraxılacaqlar.
Şöbə müdiri daha sonra Trendə bildirib ki, xəstəxanaya zəhərlənən lərdən 25 nəfəri daxil olub. Onların hamısı müayinə edildikdən sonra evə buraxılıblar.