Bakıda “nurçu “lara qarşı keçirilən əməliyyat zamanı saxlanılanlardan 4-ü azyaşlıdır

Bakıda "nurçu"lara qarşı keçirilən əməliyyat zamanı saxlanılanlardan 4-ü azyaşlıdırNoyabrın 19-da axşam saatlarında Bakının Yasamal rayonu ərazisində hüquq-mühafizə orqanları əməkdaşlarının “nurçu” dəstəsinə qarşı keçirdiyi əməliyyatla bağlı yeni faktlar məlum olub.

Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, əməliyyat zamanı saxlanılan dəstə üzvləri azyaşlılar olub. Məlumata görə, saxlanılan şəxslərdən 4-ü azyaşlı “tələbə”, 1 nəfər isə 19 yaşlı “nurçu müəllim” olub. 19 yaşlı şəxs mənzildə nurçuluqla bağlı xüsusi təlimlər keçirmiş. Bina sakinlərinin şikayəti əsasında hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva prospekti, 75, mənzil 78 ünvanında əməliyyat tədbirləri keçirib və 5 nəfər saxlanılıb.

Əməliyyat keçirilən mənzilin 19 yaşlı müəllim tərəfindən kirayə götürüldüyü bildirilir. Hazırda faktla bağlı tədqiqat aparılır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO