Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə beynəlxalq səviyyəli tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün Bakı şəhərində Silahlı Qüvvələrimizin nümayəndələrinin iştirakı ilə beynəlxalq səviyyəli tədbirlər keçirilir.
Fevralın 10-dan 13-dək Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü, fevralın 10-dan 14-dək isə Azərbaycan-ABŞ iş planına əsasən “İnsan resurslarının idarə edilməsi” mövzusunda seminar keçiriləcək.