Bakıda AŞ-nin mədəniyyətlərarası dialoqun dini ölçüsünə dair fikir mübadiləsi keçiriləcək

Avropa Şurasının (AŞ) Nazirlər Komitəsinin nazir müavinlərinin iclasında AŞ-nin mədəniyyətlərarası dialoqun dini ölçüsünə dair fikir mübadiləsinin Azərbaycanda keçirilməsinə qərar verilib.

Trend-in AŞ-nin saytına istinadən verdiyi məlumata görə, qərara əsasən, tədbir sentyabrın 1-2-də Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutacaq.

Nazirlər Komitəsi mədəniyyətlərarası dialoqun dini ölçüsünə dair fikir mübadiləsini 2008-ci ildən etibarən hər il təşkil edir.

AŞ-nin Nazirlər Komitəsinin bu kimi mübadilələr həyata keçirilməsində məqsədi AŞ-nın fundamental dəyərləri – insan hüquqlarına hörmət, demokratiya və qanunun aliliyinin qorunmasına dəstək, qarşılıqı hörmət, Avropa cəmiyyətində tolerantlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi və təşviqidir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO