Bakıda 1 yaşadək uşaqlar arasında ölüm halları artıb

Bakı şəhərində 1 yaşadək uşaqlar arasında ölüm halları artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə bütün Azərbaycanda 2011-ci ildə 1903, 2012-ci ildə 1884, 2013-cü ildə isə 1862 (2014-cü ilin statistikası açıqlanmayıb) 1 yaşadək uşaq dünyasını dəyişib. Ölkə üzrə göstəricilərin azalmasına baxmayaraq, Bakı şəhərində 1 yaşadək uşaqların ölüm halları artıb.

2011-ci ildə paytaxtda 1 yaşadək olan 697, 2012-ci ildə 784, 2013-cü ildə isə 791 uşaq dünyasını dəyişib. Bakıda hər 1000 diri doğulana düşən 1 yaşadək ölən uşaqların sayı 2011-ci ildə 18.4, 2012-ci ildə 19.9, 2013-cü ildə isə 20.3 olub.

Qeyd edək ki, 2013-cü ildə Azərbaycanda yaşı 4-dək olan 2234 uşaq dünyasını dəyişib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO