Çərşənbə axşamı həyata keçirilməli olan Ufa-Bakı-Ufa marşrutu üzrə aviareysin reallaşdırılması sabahadək təxirə salınıb. Bunu çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından deyiblər.
Aeroportdan qeyd ediblər ki, təyyarə Ufadan paytaxta saat 16:50-də gəlməli, Bakıdan isə saat 17:55-də uçmalı idi. Bakı və Ufa arasında reysi “Taymır” aviaşirkəti reallaşdırır.
Aeroportdan vurğulayıblar ki, reysin reallaşdırılması tarixinin təxirə salınmasının səbəbi ehtiyat təyyarənin olmamasıdır: “Lakin əldə edilən məlumata görə, təyyarə Bakıya sabah gələcək və Ufaya yerli vaxtla saat 12:25-də yola salınacaq”.
Trend.az