Bakı metrosu vahid ödəniş kartlarının istifadəsinə hazırdır

Gediş haqqına görə vahid kart sistemi Bakı Metropolitenində istifadə etmək üçün hazırdır və I Avropa Oyunları başa çatdıqdan sonra onun Bakının digər ictimai nəqliyyat növlərində tədricən tətbiqinə başlanılacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda keçirilən 14-cü Beynəlxalq “Nəqliyyat, tranzit və logistika” və 5-ci Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və ictimai nəqliyyat” sərgisinin açılışı zamanı deyib.

Onun sözlərinə əsasən, “Bakı Kart” prosessinq mərkəzi vahid nəqliyyat kartlarına xidmət göstərməyə hazırdır: “Bu layihə çərçivəsində Bakı Metroplitenində hazırda istifadə edilən kartların eyni qiymətə olan yeni kartlarla dəyişdirilməsi nəzərdə tutulur”.

Yeni kartın qiyməti 2 manat olacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO