Bakı Metropoliteni sentyabrda yeni iş rejiminə keçəcək

Bakı Metropoliteni sentyabrda yeni iş rejiminə keçəcək

Bakı Metropoliteni Azərbaycanda yeni dərs ilinin başlanacağı gündən (16 sentyabr) etibarən qatarların hərəkəti arasında intervalın iki dəqiqəyədək azalmasını nəzərdə tutan payız-qış rejiminə keçəcək. Bu barədə Trend-ə Bakı Metropolitenindəki mənbə bildirib.
Mənbənin sözlərinə görə, hazırda Bakı Metropolitenində qatarların hərəkəti yay rejiminə müvafiq olaraq həyata keçirilir. Qatarların hərəkəti arasında interval 3 dəqiqə təşkil edir: “Lakin sentyabrın 16-da yeni rejimə keçidlə əlaqədar olaraq hərəkət intervalı 2 dəqiqəyədək azalacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO