Bakıda NATO Beynəlxalq Azərbaycan Məktəbinin (NISA) “Xəzər regionunda təhlükəsizlik sahəsində çağırışlar” mövzusunda qış sessiyası keçirilir.
Trend-in məlumatına görə, tədbirdə Azərbaycan və 17 ölkədən nümayəndələr iştirak edir. İştirakçılar Xəzər regionunda potensial ziddiyyət mənbələrini, enerji təhlükəsizliyi məsələlərini, Qafqazda hərbi münaqişələr və təhlükəsizlik mövzularını müzakirə edəcəklər.
Tədbirdə tanınmış alimlər, ekspertlər, diplomat və siyasətçilərin çıxışları nəzərdə tutulur. Sessiya öz işini fevralın 9-da yekun başa çatdıracaq.
Trend.az