Bakıda “İnsanlıq əleyhinə cinayətlər: Şamaxı soyqırımı” mövzusunda dəyirmi masa keçirilir

Bakı. Sevil Zeynalqızı-APA. Bu gün Bakıda “İnsanlıq əleyhinə cinayətlər: Şamaxı soyqırımı” mövzusunda dəyirmi masa keçirilir.

APA-nın məlumatına görə, tədbir Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosoasiyası (AVCİYA) və İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qripu tərəfindən təşkil edilib. Dəyirmi masada çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov deyib ki, ermənilərin 1918-ci ilin martında Azərbaycanda törətdikləri soyqırımlar haqqında Azərbaycan lazımı səviyyədə təbliğat aparmayıb: “Bununla bağlı yanlız son illər beynəlxalq ictimaiyyət məlumatlandırılır. Erməniıərin Şamaxıda məskunlaşması 1828-ci ildən başlayıb. Rusiyanın imperiya siyəsətinə uygun ermənilər İran və Türkiyədən Şimallı Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Şamaxıya köçürülüb. 1918-ci ilin mart-aprel aylarında ermənilərin azərbaycanlılara qarşı törətdikləri ən böyük soyqırımlar baş verib. Şamaxı qəzasının 53 kəndində ermənilər tərəfindən 8027 nəfər azərbaycanlı qətlə yetirilib”.

Hazırda ermənilərin Kaliforniyada qondarma “Sumqayıt soyqırımı” məsələsini gündəmə gətirdiyini deyən millət vəkili bütüm Azərbaycan siyasətçiləri və ictimaiyyəti ermənilərin antiazərbaycan təbliğatına qarşı çıxmağa çağırıb.

Tarix elmləri üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı bildirib ki, 2007-ci ildə Quba şəhərində 1918-ci ilə aid kütləvi məzarlıq aşkar edilib. Onun sözlərinə görə, 1918-ci il erməni vəhşiliklərinə dair faktları aşkar etmək üçün Şamaxı ərazisində qazıntıların aparılmasına ehtiyac var: “Bəzi mülahizələrə görə, 1918-ci ildə ermənilər tərəfindən qətlə yetirilən Şamaxı sakinləri Kələxana və Süleyman dərələrində dəfn edilib. Gələcəkdə bu ərazilərdə axxeoloji qazıntılar zamanı yeni kütləvi məzarlıqların tapılması istisna deyil”.

Dəyirmi masa davam edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO