Bakıda MDB ölkələrində gənclər siyasətinin inkişaf perspektivləri müzakirə edilib

Gənclər siyasəti və bu sahədəki əməkdaşlıq perspektivləri cümə axşamı Bakıda Azərbaycanda MDB Gənclər Günü çərçivəsində müzakirə edilib. MDB Gənclər Günü 4-7 noyabr tarixlərində keçirilir. Müzakirədə Azərbaycan, Rusiya, Qazaxıstan, Moldova, Belarus, Ukrayna, Qırğızıstan və Tacikistandan olan nümayəndə heyətləri iştirak ediblər. “MDB Gənclər Günü” proqramı Azərbaycanın Gənclər və İdman Nazirliyi (GİN) tərəfindən təşkil edilib.

Nazirliyin nümayəndəsi Fərhad Hacıyev öz çıxışı zamanı GİN-in təşəbbüslərindən, Azərbaycanın gənclər siyasəti sahəsində planlaşdırılan və həyata keçirilən layihələr barədə danışıb. “Gənclər Azərbaycan əhalisinin 32 faizini təşkil edir”, – o deyib. Hacıyev nazirliyin gənclərin mədəni və əxlaqi inkişafı üçün şəraitin yaradılması sahəsində uğurlu fəaliyyətindən danışıb.

Nazirlik tərəfindən keçirilən proqramlar arasında qanun pozuntusu və narkomaniyanın profilaftikası mühüm əhəmiyyət kəsb edir. O qeyd edib ki, rəsmi məlumatlara görə, ölkədə 21 min nəfərə yaxın narkotik aludəçisi var. “Azərbaycanda, həmçinin nasizm və ksenofobiya ilə mübarizə üzrə “Hər kəs müxtəlifdir, hər kəs bərabərdir” gənclik proqramı aparılır”, – o bildirib.

Nazir müavini İntiqam Babayev nazirlik büdcəsinin gənclik proqramına ayırdığı vəsaitin ildən ilə artdığı faktını qeyd edib. 2004-2005-ci illərdə büdcə 270-280 min dollar təşkil edib. 2005-ci ildən büdcə 1 milyon dollar artıb. 2009-cu ildə isə büdcə artıq 4,5 milyon avro təşkil edib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO