2014-cü ilədək Bakıdakı ictimai yerləri Wi-Fi-dan pulsuz istifadə nöqtələri ilə əhatə olunacaq. Bu barədə bazar ertəsi Trend-ə “AiləNET” şirkətindən bildirilib. İşlər şirkətin hazırladığı plan əsasında hazırlanır. Həmin planda paytaxt ərazilərini, eləcə də Wi-Fi simsiz şəbəkəsinin Bakı Metropoliteninin stansiyalarını da əhatə etməsini nəzərdə tutur.
Hazırda şirkət insanların kütləvi toplaşdıqları yerlərdə Wi-Fi şəbəkəsinin açılması üçün avadanlıqlar alır.
Trend.az