Bu gün Bakıda I Türkiyə-Azərbaycan Müdafiə Sənayesi üzrə Əməkdaşlıq Toplantısı keçirilir. APA-nın məlumatına görə, toplantıda Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmiləri, həmçinin müdafiə sənayesi sektorunda fəaliyyət göstərən 12 firmasının təmsilçisi iştirak edir. Toplantıda iki ölkə arasında müdafiə və müdafiə sənayesi sahələrində perspektiv imkanlar müzakirə olunur.
Səfər yanvarın 25-dək davam edəcək. Yanvarın 23-də Türkiyə şirkətləri Daxili Qoşunlarda, yanvarın 24-də isə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətində olacaq, öz məhsullarının təqdimatlarını keçirəcəklər.
Nümayəndə heyətində Türkiyənin ASELSAN, ROKETSAN, TAİ, STM kimi böyük müdafiə şirkətləri ilə yanaşı müdafiə sənayesinin müxtəlif sektorlarında fəaliyyət göstərən firmalar təmsil olunurlar.
Apa.az