Bakıda FHN-in qüvvə və vasitələrinin iştirakı ilə genişmiqyaslı taktiki təlim uğurla başa çatıb


Bakıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvə və vasitələrinin iştirakı ilə genişmiqyaslı taktiki “Xəzər-2013” təlimi keçirilib.

Trend-in məlumatına görə, təlim yer, hava və dəniz üzrə keçirilib. Təlimlərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və digər rəsmi şəxslər, o cümlədən Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi və bu təşkilatın təşəbbüsü ilə Azərbaycanda keçirilən beynəlxalq konfransda iştirak edən müxtəlif ölkələrin fövqəladə hallar nazirləri və müvafiq qurumlarının nümayəndələri izləyiblər.

Təlimdə FHN əməkdaşları tərəfindən müxtəlif xilasetmə epizodları icra olunub. Həmçinin Azərbaycan FHN-in inventarındakı avadanlıqlar və texnikalar qonaqlara nümayiş etdirilib. Təlim uğurla başa çatıb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO