Verilən məlumata görə, biznes-forum Macarıstan prezidenti Pal Şmitin Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunacaq.
Tədbirə kənd təsərrüfatı və qida sənayesi, sənaye, tikinti, təhsil, konsaltinq, İKT, maliyyə, səhiyyə, logistika və digər sektorları təmsil edən Macarıstan və Azərbaycan iş adamları qatılacaq.
Biznes-forum çərçivəsində iki ölkənin iş adamları arasında ikitərəfli görüşlərin də keçirilməsi gözlənilir.