Bakı Metropoliteni payızda yeni iş rejiminə keçəcək.

Azərbaycanda yeni tədris ilinin başlanğıcında (15 sentyabr) Bakı Metropoliteni payız-qış iş rejiminə keçəcək ki, bu da qatarların hərəkət intervalının iki dəqiqəyədək azalmasını nəzərdə tutur. Bu barədə çərşənbə axşamı Trend-ə Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov məlumat verib.
Onun sözlərinə görə, hazırda sərnişin axınının tədris ilini əhatə edən dövrlə müqayisədə aşağı olması səbəbindən qatarlar arasında interval 2,5 dəqiqə təşkil edir.
“Tədris ilinin başlanğıcında interval iki dəqiqəyədək azaldılacaq”, – Muradov qeyd edib.
Onun sözlərinə görə, bununla yanaşı, tədris ilinin başlanğıcında “28 May” stansiyasının əsas girişinin əsaslı təmirdən sonra istismara verilməsi planlaşdırılır. Əsaslı təmir zamanı eskalatorların dəyişdirilməsi də nəzərdə tutulur.
Bakı Metropolitenindən bir müddət əvvəl verilən məlumata görə, stansiyada işlərin görülməsi üçün bu il dövlət büdcəsində 13 milyon manata yaxın vəsait nəzərdə tutulub.
Stansiyada eskalatorların yeniləri ilə əvəz edilməsi ilə yanaşı, onların sayı 3-dən 4-ə qədər artırılacaq.
Stansiyanın əsas çıxışı istismara verilənə kimi sərnişinlər ikinci çıxışdan, eləcə də “28 May” çıxışı ilə yanaşı, “Cəfər Cabbarlı” stansiyasının çıxışından da istifadə edəcəklər.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO