Memoranduma əsasən, korrupsiyaya qarşı mübarizə sahəsində müxtəlif istiqamətlər üzrə əməkdaşlıq barədə razılıq əldə edilib. Memorandumda davamlı əlaqələr çərçivəsində vətəndaşlarda korrupsiyaya qarşı dözülməz münasibətin – vətəndaş mövqeyinin formalaşdırılması üçün antikorrupsiya biliklərinin yayılması, maarifləndirmə məqsədilə birgə layihələrin keçirilməsi və s. nəzərdə tutulub.
Memorandumu imzalayan şəbəkəyə 23 QHT daxildir. Sənəddə korrupsiya ilə mübarizə üzrə 13 istiqamət müəyyənləşib.