Azərbaycanda orta məktəblərdə dərs prosesini pozan şagirdlərə qarşı inzibati tədbirlərin görülməsi təklif edilir. Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar tərbiyə şöbəsinin müdiri Ağababa İbrahimov çərşənbə günü Trend-ə bildirib ki, dərs prosesini pozan şagird ən azı hansısa inzibati cəzalara məruz qala, cərimələnə bilər.
İbrahimov deyib ki, dərs prosesi pozulursa, müəllim, sinif rəhbəri, məktəb direktoru günahlandırılır.
“Ancaq məsələnin mahiyyətinə varılmır, nəzərə alınmır ki, belə uşaqlar sinifdə 20-25 uşağın tədrisini pozur, bir uşaq bir sinfi korlayır. Ancaq qanunvericilikdə buna qarşı hansı inzibati tədbirlər nəzərdə tutulub? Dərs prosesini pozan uşaq ən azı hansısa inzibati cəzalara məruz qalmalı, maddi baxımdan cəzalanmalıdır. Bu, çox vacib məsələdir”, – şöbə müdiri qeyd edib.
İbrahimov hesab edir ki, bu gün məktəblərdə şagirdlərin müəllimləri qəsdən onlara əl qaldırması həddinə çatdırması halları da olur. Onun fikrincə, uşaqların tərbiyə məsələsi məktəbdən daha çox ailə ilə bağlıdır.
Nazirlik rəsmisi hesab edir ki, məktəblərdə tədris prosesinin təşkili ilə bağlı hər hansı problemlərin olmaması üçün ən yaxşı variant şagirdin dərsə telefonla girməməsidir, lakin bu gün Azərbaycanın bütün orta məktəblərinə telefonların gətirilməsinin qarşısını almaq da çətindir.
“Mənim məlumatıma görə, elə aparatlar var ki, onları quraşdırdıqda telefonlar işləmir. Bu variant tətbiq oluna bilər. Telefonlar da yığışdırıla bilər”, – İbrahimov qeyd edib.
O əlavə edib ki, kiçik məktəblərdə şagirdlərdən telefonların götürülməsi daha asan olar. Ancaq böyük məktəblərdə bu, problemlər yarada bilər. Çünki bu halda həmin şagirdlərin telefonlarının harada saxlanılması barədə fikirləşmək lazımdır. Əks halda, bu məsələ problemlər ortaya çıxarar, şagirdin telefonu itə bilər, bu hadisəyə görə kimin cavabdehlik daşıması isə məlum olmaz.
İbrahimov deyib ki, bəzi xarici ölkələrin bu məsələ ilə bağlı maraqlı təcrübəsi var.
“1992-ci ildə Moskvanın 109 saylı məktəbində olanda görmüşdüm ki, məktəbin I mərtəbəsində hər sinfin, bağçalarda olduğu kimi, öz şkafı var idi. Hər bir uşağın və ya iki uşaq
O qeyd edib ki, hazırda Azərbaycan məktəblərində belə şkaflar yoxdur. Ancaq müasir dövrdə informasiya texnologiyalarının inkişafı ilə əlaqədar artıq məktəblərin siniflərinə, dəhlizlərinə kameralar quraşdırılır.üçün bir şkaf var idi. Uşaq gəlib oraya öz əşyalarını qoyurdu və dərsə gedirdi. Dərsdən çıxanda da şfakı öz açarı ilə açırdı və əşyalarını götürürdü. Həmin şkaflara da nəzarətçilər baxırdılar, yəni nəzarət var idi”, – nazirlik rəsmisi bildirib.
İbrahimovun sözlərinə görə, belə şəraiti olan məktəblərdə şagirdlərin dərs prosesi zamanı işlədilməsi vacib olmayan əşyalarını şkaflarda saxlamaq olar.
“Bu da variantdır. Ola bilər ki, gələcəkdə məktəb tikintisində bu məsələ nəzərə alınsın”, – nazirlik rəsmisi qeyd edib.
Ümumilikdə isə İbrahimov hesab edir ki, dərsi keçə bilməyən müəllimin özü haqqında tədbirlər görülməlidir. Onun sözlərinə görə, müəllimin sinfi ələ ala bilməməsi iki səbəbdən ola bilər. Bu, ya həmin müəllimin yumşaq xasiyyətli olmasından, ya da savad səviyyəsinin yüksək olmamasından irəli gəlir. İbrahimovun fikrincə, şagirdlər istənilən savadlı müəllimə hörmət edirlər. Ən pis, intizamsız şagird də savadlı müəllimə hörmət edir.
Nazirlik rəsmisi hesab edir ki, müəllim dərs prosesində öz tədris etdiyi fəndən kənar söhbətlər edərsə, o sinifdə tədrisin təşkili ilə bağlı problemlər yaranacaq. Buna görə də müəllim 45 dəqiqə ərzində yalnız öz fənnini tədris etməli, heç kimə əxlaq dərsi keçməməli, lazımsız ictimai-siyasi söhbətlər etməməli, şagird yanında həmkarı haqqında mənfi fikir yürütməməlidir.
“Əgər müəllim 45 dəqiqəni öz fənninin tədrisinə həsr edirsə, əmin olun ki, sinifdə tədrisdə problem ola bilməz. Əgər sinifdə müəllimin yumşaq xasiyyəti üzündən problemlər yaranırsa, onda sinifdə profilaktik işlər də aparılmalı, imkan varsa, həmin müəllimin sinfi dəyişdirilməlidir. Əks halda, xoşagəlməz hallar olması labüddür”, – İbrahimov əlavə edib.
Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə Azərbaycan məktəblərində bəzi müəllimlərin şagirdləri döyməsi barədə videoçarxlar yayımlanıb. Həmin videolar telefonla şagirdlər tərəfindən çəkilib.
Trend.az