Azərbaycanın rəsmi qəzetlərindən birinin çapı dayanıb

Azərbaycanın rəsmi qəzetlərindən birinin çapı dayanıb. “Azərbaycan” nəşriyyatının rəhbərliyindəki şəxslərdən biri üç gün öncə kağızımız olmadığı üçün qəzetin çapına icazə verməyib”, – cümə günü Trend News-a “Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov bildirib.

“Respublika” qəzeti 1990-cı ildə Nazirlər Kabinetinin mətbu orqanı kimi yaradılıb. Qəzet həftədə 6 dəfə (bazar ertəsindən başqa hər gün) A:2 formatda nəşr olunur. 1995-ci il oktyabrın 9-dan qəzetə Teymur Əhmədov baş redaktorluq edir. Qəzetin 8 və 9 oktyabr sayları kağız olmaması səbəbindən çap edilməyib.

Əhmədovun sözlərinə görə, kağız qıtlığının yaranmasına səbəb pulun olmamasıdır. “Qəzetin 7 minə yaxın abunəçisi var. Amma biz həmin pulları yayım firmalarından birdəfəlik ala bilmirik. Bu səbəbdən maliyyə problemi ilə üzləşir, kağız ala bilmirik”, – baş redaktor əlavə edib.

Əhmədov deyib ki, problemin nə zaman həll olunacağı bəlli deyil. “Ümidimiz rəsmi qurumlaradır, biz problemi təkbaşına həll etmək gücündə deyilik”, – Əhmədov vurğulayıb.

Azərbaycanda dörd minə yaxın kütləvi infîrmàsiyà vàsitəsi qåydiyyàtdàn kåçib. Hàzırdà înlàrdàn 600-ə yàõını fəaliyyət göstərir. Təõminən 400-ə qədər qəzåt və jurnàl dərc îlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəàliyyət göstərir. Àzərbàycàndà 50-yə yaxın elektron KIV, təxminən 20 informasiya agentliyi vàr. Qalanları isə internet resurslarıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO