Azərbaycanın Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcək

Azərbaycanın Mətbuat Şurasında uşaq və gənclər mətbuatının vəziyyəti müzakirə ediləcək. “Mətbuat Şurasının təşəbbüsü ilə “Azərbaycanın kütləvi informasiya vasitələri sistemində uşaq və gənclər mətbuatının rolu: dünən, bu gün, sabah” mövzusunda dəyirmi masa keçiriləcək”, – bazar ertəsi Trend News-a Mətbuat Şurasından bildirilib.

Oktyabrın 28-də “Azərbaycan gəncləri” qəzetinin 90 illik yubileyinə həsr olunacaq tədbirdə ölkədəki uşaq və gənclər mətbuatının mövcud durumu barədə söhbət açılacaq, bu sahədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin problemləri və yaradıcılıq xüsusiyyətləri ətrafında diskussiyalar aparılacaq.

Azərbaycanda dörd minə yaxın kütləvi infîrmàsiyà vàsitəsi qåydiyyàtdàn kåçib. Hàzırdà înlàrdàn 600-ə yàõını fəaliyyət göstərir. Təõminən 400-ə qədər qəzåt və jurnàl dərc îlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəàliyyət göstərir. Àzərbàycàndà 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vàr. Qalanları isə internet resurslarıdır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO