Azərbaycanın millət vəkili “Turizm haqqında ” qanunla bağlı təkliflərini açıqladı

Bu barədə millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib.Onun sözlərinə görə, ərazisində müharibə şəraiti davam edən Azərbaycanda ölkənin qədimliyini, zənginliyini ifadə edə biləcək turizm məkanlarının daha çox olması əhəmiyyətli məsələdir.
“Tarixin əcnəbilərə tanıdılması da turizmin əhəmiyyətli hissəsinə çevrilməlidir”, – Əliyeva deyib.

Millət vəkili əvvəllər turizmin Azərbaycanda inkişaf etməyən bir sahə olduğunu qeyd edərək son illər ölkə rəhbərliyi tərəfindən bu məsələyə xüsusi diqqət ayrıldığını bildirib. “Bu səbəbdən turizmlə bağlı ayrıca qanun layihəsinə ehtiyac var. Çünki görülən işlər xaotik şəkildə həyata keçirilməməlidir və müvafiq qanunla tənzimlənməlidir”, – o deyib.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin hazırladığı “Turizm haqqında” qanun layihəsi Nazirlər Kabinetində baxılaraq razılaşdırılmaq üçün Ədliyyə Nazirliyinə göndərilib. Qanun layihəsinin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO