Azərbaycanın hakim partiyası Seçki Məcəlləsinə ciddi dəyişikliklərin edilməsinə ehtiyac duymur

Azərbaycanın hakim partiyası ölkənin Seçki Məcəlləsinə ciddi dəyişikliklərin edilməsinə ehtiyac duymur. “Hazırkı Seçki Məcəlləsi azad, ədalətli və şəffaf seçkilər keçirməyə imkan verir. Seçki Məcəlləsi dəfələrlə sınaqlardan keçmiş və özünü doğrultmuşdur. Beynəlxalq təşkilatlar da Azərbaycanın Seçki Məcəlləsini müsbət qiymətləndirir”, – cümə axşamı Yeni Azərbaycan Partiyasının sədr müavini, icraçı katib Əli Əhmədov partiyanın rəsmi saytına müsahibəsində bildirib.

Bələdiyyə seçkiləri ilə əlaqədar olaraq Seçki Məcəlləsinə dəyişikliklərin edilməsi nəzərdə tutulur. “Lakin vaxt çatışmazlığı səbəbindən bunu etmək mümkün deyil”, – o bildirib.

Bələdiyyələrin hüquqi statusunun müəyyənləşdirilməsi haqqında təkliflərə toxunan Əhmədov bildirib ki, vaxt ötdükcə bu ehtiyac ortaya çıxır. “Ölkədə bələdiyyələrin birləşdirilməsi haqqında qanun qəbul edilib və hesab edirəm ki, bu proseslər gələcəkdə də davam etdiriləcək”, – partiyanın sədr müavini bildirib.

Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi bu ilin dekabrına nəzərdə tutulub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO