Azərbaycanın daxili işlər naziri polisin gücləndirilmiş iş rejiminə keçməsi barədə əmr imzalayıb

Məlumata görə, Azərbaycanda keçiriləcək Novruz bayramı şənlikləri və digər kütləvi tədbirlər zamanı ictimai yerlərdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti martın 19-dan 28-dək gücləndirilmiş iş rejiminə çalışacaq.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO