Azərbaycanın Şamaxı rayonunda zəlzələ olub. Trend-in çərşənbə axşamı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, zəlzələ dünən saat 20.36-da Şamaxı şəhərindən 18 km cənub-şərqdə qeydə alınıb.
Zəlzələnin maqnitudası 3.00, dərinliyi 4 km olub.
Zəlzələ hiss olunmayıb.
Trend.az