Azərbaycanın ali təhsil müəssisələri əlavə dəyər vergisindən azad oluna bilər

Azərbaycanın ali təhsil müəssisələrinin əlavə dəyər vergisindən azad olunması ilə bağlı məsələ Milli Məclisdə müzakirə olunur. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov cümə axşamı jurnalistlərə bildirib. Onun sözlərinə görə, ali məktəblər üçün ƏDV-nin tətbiq edilməməsi yaxşı olar. “Mən də arzu edirəm ki, belə bir qanun qəbul olunsun. Bu, ali təhsil müəssisələrinin əlavə imkanlarını daha da artırar”, – Mərdanov deyib.
Nazir bu yeniliyin özəl universitetlərə şamil olunub-olunmayacağının layihənin hazırlanmasında iştirak edənlər tərəfindən müəyyənləşdiriləcəyini qeyd edib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO