Azərbaycanla NATO arasında əməkdaşlıq müzakirə edilib

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında oktyabrın 8-də Azərbaycan Respublikasının 2012-ci il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının Qiymətləndirmə sənədinin müzakirəsi keçirilib. Àzərbaycanın NATO yanında nümayəndəliyindən Trend-ə verilən məlumata görə, “28+1” formatında keçirilmiş müzakirələrdə Azərbaycan tərəfindən Xarici İşlər, Müdafiə nazirlikləri və Dövlət Sərhəd Xidmətinin rəsmiləri iştirak ediblər.
Müzakirələr zamanı NATO-nun üzv ölkələri Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu vurğulayıb və ölkənin NATO cari gündəliyində duran çoxşahəli məsələlər, o cümlədən meydana gələn təhlükəsizlik çağırışları, Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (ISAF) əməliyyatı və s. üzrə fəal əməkdaşlığını və töhfəsini yüksək dəyərləndiriblər.
Görüşdə digər məsələlərlə yanaşı, Azərbaycanda təhlükəsizlik sektorunun islahatı, qüvvələrin NATO ilə qarşılıqlı operativ uzlaşması, həmçinin regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycanla NATO arasında bu kimi məsləhətləşmələr ildə bir dəfə keçirilir. Azərbaycan hazırda 2012-2013-cü illəri əhatə edən FTƏP-in üçüncü mərhələsini həyata keçirir.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO