Azərbaycanda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair xüsusi işçi qrupun iclası keçirilir

Iclasda Xəzəryanı ölkələr xarici işlər nazirləri müavin və xüsusi nümayəndələr səviyyəsində təmsil olunurlar. Tədbirin açılışında çıxış edən Azərbaycan xarici İşlər nazirinin müavini Xələf Xələfov iclasda Xəzərin hüququ statusu haqqında Konvensiyanın işlənib hazırlanmasının, dövlət başçılarının Bakı sammitinin qəbul etdiyi protokol qərarının icrasının müzakirə olunacağını bildirib.

İclas iki gün davam edəcək, müzakirələrin yekunu ilə bağlı mətbuat konfransı keçiriləcək.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO