Azərbaycanın vergilər nazirinin əmri ilə «Mənfəət vergisinin bəyannaməsi», «Mənfəət vergisinin bəyannaməsinə Əlavə ¹1», «Gəlir vergisinin bəyannaməsi», «Gəlir vergisinin bəyannaməsinə Əlavə»yə və «Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə»yə dəyişiklik edilib. Vergilər Nazirliyindən verilən məlumata görə, bundan başqa, «Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə hesablanan yığım barədə hesabat»a, «Azərbaycan Respublikasında istehsal edilən və qiymətləri tənzimlənən məhsulların ixracı zamanı məhsulların kontrakt (satış) qiyməti ilə (ixrac xərcləri çıxılmaqla) ölkədaxili topdansatış qiyməti arasındakı fərqdən dövlət büdcəsinə hesablanan yığım barədə hesabata Əlavə»yə və onların tərtib olunma qaydalarına bir sıra dəyişikliklər edilib.
«Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə ¹1» hüquqi və fiziki şəxslər üzrə ayrılıb. Hüquqi şəxslər üçün «Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə ¹1» «Mənfəət vergisinin bəyannaməsinə Əlavə ¹1»ə, fiziki şəxslər üçün «Sadələşdirilmiş verginin bəyannaməsinə Əlavə ¹1» isə «Gəlir vergisinin bəyannaməsinə Əlavə»yə uyğunlaşdırılıb. «Sadələşdirilmiş vergi bəyannaməsinə Əlavə ¹2»də «Hesabat dövründə alınan qəbzlər üzrə məlumat», «Hesabat dövründə yararsız hala düşmüş və ya ləğv olunmuş qəbzlər üzrə məlumat», «Hesabat dövrünün sonuna qalıqda qalan qəbzlər üzrə məlumat» öz əksini tapıb.
«Gəlir vergisi bəyannaməsindəki «Səhmlər, istiqrazlar və digər qiymətli kağızların, iştirak paylarının, borc öhdəliklərinin və tələblərinin alınması ilə bağlı xərclər» sətri 6 alt sətrə bölünüb. Vergi ödəyiciləri burada «Səhmlərin alınması ilə bağlı xərclər», «İstiqrazların alınması ilə bağlı xərclər», «Digər qiymətli kağızların alınması ilə bağlı xərclər», «İştirak paylarının alınması ilə bağlı xərclər», «Borc öhdəliklərinin alınması ilə bağlı xərclər» və «Borc tələblərinin alınması ilə bağlı xərclər»i ayrıca sətirlərdə göstərməlidirlər.
«Mənfəət vergisi bəyannaməsi»nə, «Mənfəət vergisinin bəyannaməsinə Əlavə ¹1»ə, «Gəlir vergisinin bəyannaməsi»nə, «Gəlir vergisinin bəyannaməsinə Əlavə»yə də bəzi redaktə xarakterli dəyişikliklər edilib.