Azərbaycanda uşaq əməyinin istismarı halları kəskin azalıb

Bunu jurnalistlərə insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova bildirib. Onun sözlərinə görə, əvvəllər belə faktlara tez-tez rast gəlinirdi. “Onların sayı qat-qat azalıb. Referendumla Konstitusiyaya edilmiş dəyişikliklərdə birbaşa göstərilib ki, 15 yaşadək uşaqlar səhhətinə, təhsilinə, yaşayış tərzinə təsir edən ağır əməklə məşğul ola bilməzlər”, – ombudsman deyib.

Onun sözlərinə görə, 15 yaşadək uşağı işə cəlb edən təşkilatlar məsuliyyət daşıyırlar və cəzalandırıla bilərlər.
Bakıda çərşənbə günü Uşaqların II Forumu keçirilir. Azərbaycanda Uşaqların I Forumu 2009-cu il dekabrın 17-də keçirilib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO