Azərbaycanda bu ilin oktyabrında 2827520 kvadrat metr ərazi mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən Trend News-a bazar ertəsi verilən məlumata görə, həmin ərazilərdən 16248 PHS və mina aşkar edilərək zərərsizləşdirilib.
Əməliyyatlarda 425 nəfər mütəxəssis və 115 nəfər yardımçı heyət, 5 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir. İndiyədək cəmi 115803002 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 504396-dır.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Tərtər, Ağdam, Füzuli, Tovuz, Ağstafa, Göygöl rayonlarında və Bakı şəhərinin Qaradağ rayonu ərazisində aparılır. Ötən ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.