Azərbaycanda tikintilərə və sürüşmə sahələrində tikililərin istismarına nəzarət güclənir

Azərbaycan höküməti müvafiq orqanlara tikintilərə və sürüşmə sahələrində yerləşən tikililərin istismarına nəzarətin gücləndirilməsi barədə tapşırıqlar verib. Trend-in məlumatına görə, bu barədə cümə günü Baş nazirin müavini Abid Şərifov jurnalistlərə açıqlamasında bildirib.
“Sürüşmələrin baş verməsinin səbəblərindən biri kimi evlərin, restoranların, avtomobil yuma məntəqələrinin sularının torpağa axıdılmasıdır. Məsələn, Badamdar qəsəbəsində yüksəkliklərdə tikilən evlərdə kanalizasiya sistemi olmayıb, əvəzində quyudan istifadə olunub. Nəticədə isə torpaq çökməyə başlayıb”, -Şərifov bildirib.
Onun sözlərinə görə, hadisələrin səbəblərinin öyrənilməsi və onların nəticələrinin aradan qaldırması məqsədilə Fövqəladə Hallar Nazirliyinin, tikinti şirkətlərinin mütəxəsisiləri işləyir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO