«O dövlərlə müqayisədə ciddi çaxnaşma, qarşıdurma əlbəttə ki, yoxdur»
«Azərbaycanda seçkiqabağı vəziyyət kifayət qədər sabitdir». Prezident Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ANS TV-yə müsahibəsində belə deyib. O əlavə edib ki, seçkiqabağı vəziyyət sivil ölkələrdə olduğu kimi aparılır. «Həmin dövrlərlə müqayisədə seçki kifayət qədər sabit bir şəraitdə keçir. O dövlərlə müqayisədə ciddi çaxnaşma, qarşıdurma əlbəttə ki, yoxdur. Əgər seçki prosedurası sivil ölkədə olduğu kimi namizədlərin dinc yarışı kimi qəbul olunarsa, bu ilki seçki tam o kriteryalara cavab verir. Seçkidə namizədlər kifayət qədərdir. Hər biri də Azərbaycan cəmiyyətində kifayət qədər tanınmış bir adamdır. Ona görə biz hesab etmirik ki, bu seçkidə müəyyən sönüklük var»