Bu haqda Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev bildirib. Onun sözlərinə görə, mərkəzlər Bakı və Yevlax şəhərlərində tikilib: “Qanunsuz miqrantların saxlanması üçün tikilən mərkəzlər yaxın günlərdə istifadəyə veriləcək. Azərbaycanda aşkarlanan qanunsuz miqrantlar həmin saxlama mərkəzlərində yerləşdiriləcək və qanunvericiliyə uyğun olaraq ölkə ərazisindən çıxarılmaları təmin ediləcək”.