Azərbaycanda ombudsmanın təşəbbüsü ilə üç məktəbdə insan hüquqları mərkəzləri açılıb

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın təklifi və Təhsil Nazirliyinin razılığı ilə ötən ilin əvvəlindən başlayaraq pilot məktəb kimi seçilmiş Bakının Nəsimi rayonundakı 5 saylı, Yasamal rayonundakı 31 saylı və Nərimanov rayonundakı 207 saylı orta ümumtəhsil məktəblərində uşaq hüquqları sahəsində həmyaşıddan-həmyaşıda pilləli tədris layihəsi uğurla həyata keçirilib.
Elmira Süleymanova həmin məktəblərdə onun təşəbbüsü ilə yaradılmış insan hüquqları mərkəzlərinin açılışında iştirak edib. Ombudsman bu mərkəzlərin gələcək fəaliyyəti ilə bağlı öz tövsiyələrini verib.
Fərqlənən şagirdlərə sertifikatlar, “Ombudsmanın elçisi” vəsiqələri və döş nişanları təqdim olunub.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO