Azərbaycanda nikahların sayının artması, boşanmaların isə azalması müşahidə olunur – Komitə sədri

Azərbaycanda nikahların sayının artması, boşanmaların isə azalması müşahidə olunur - Komitə sədri Onun sözlərinə görə, rəsmi nikah nəticəsində doğulan uşaqların sayında da müsbət dinamika müşahidə olunur.

“Komitənin apardığı təhlil Azərbaycanda ailənin inkişafı sahəsində müsbət dinamikanın mövcudluğunu bəyan etməyə əsas verir”, – Hüseynova bildirib.

Komitə sədri qeyd edib ki, qloballaşan dünyada ailə institutunun zəifləməsini nəzərə alaraq, qarşıda duran ən mühüm vəzifələrdən biri də ölkədə ailə institutunun hərtərəfli inkişafı və möhkəmləndirilməsidir.

“Fəaliyyəti dövründə komitəyə 6 mindən artıq müraciət daxil olub, demək olar ki, hamısı nəzarətə götürülüb və onların bir çoxu öz həllini tapıb”, – Hüseynova bildirib.

Millət vəkili Qənirə Paşayeva tədbirdə çıxış edərək deyib ki, Azərbaycan cəmiyyəti Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işi öz ailəsi daxilində hiss edir.

Paşayeva Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın son illər ailə problemlərinə dair qanunverici təşəbbüslərlə çıxış edərək bir çox məsələlərin həll olunmasına öz töhfəsini verdiyini bildirib.

“Qəbul olunmuş qanunların həyata keçirilməsində təbliğat işləri də olduqca vacib rol oynayır. Bu səbəbdən komitənin ötən beş il ərzində gördüyü işlər yüksək qiymətləndirilməlidir”, – o, deyib.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO