Azərbaycanda mövcud seçki qanunvericiliyi demokratik seçkilərin keçirilməsinə imkan verir, Trend News-un məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Əli Bilge Cankorel bildirib.
Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. ATƏT, Avropa Şurası və Azərbaycan tərəfinin birgə apardığı müzakirələrdən sonra bir neçə il öncə Seçki Məcəlləsi qəbul edilib.
Səfir bildirib ki, seçki qanunvericiliyində bəzi məsələlər var ki, düzəlişlər etmək olar. Onun sözlərinə görə, ATƏT-in Bakı ofisi seçkiöncəsi siyasi partiyaların rəhbərləri ilə “dəyirmi masa” təşkil edəcək və seçki qanunvericiliyi müzakirə ediləcək.