Azərbaycanda məhkəmədə nəzarətçilər gözyaşardıcı qazdan istifadə ediblər

Prosesdə dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən Əziz Məmmədovun 14 il, Şəmil Babayevin 12 il, Niyaməddin Rüstəmovun isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bu zaman təqsirləndirilən şəxslər və onların qohumları dövlət ittihamçısına etiraz ediblər. Prosesdə qalmaqal yaşanıb. Təqsirləndirilən şəxslər özlərinə xəsarət yetirmək istəyiblər. Zalda olan məhkəmə nəzarətçiləri onların təhlükəsizliyini təmin etmək üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Prosesdə fasilə elan olunub. Fasilədən sonra hakim hökmü elan edib. Hökmə əsasən, Ə. Məmmədov 12 il, Ş. Babayev 9 il, N. Rüstəmov isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsinin müxtəlif bəndləri ilə ittiham olunublar.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO