Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin polis əməkdaşlarına ünvanladığı təbrik məktubunu oxuyub.
O bildirib ki, İlham Əliyev daim polisin maddi-texniki bazasının gücləndirilməsinə, polis əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılmasına daim diqqət yetirir.
Ələsgərov bayram ərəfəsində bir qrup polis əməkdaşının təltif edilməsini də Prezidentin polis əməkdaşlarına qayğısının nümunəsi kimi qiymətləndirib.
Mərasimdə çıxış edən daxili işlər naziri Ramil Usubov isə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidentinə təşəkkür edib. O, dövlət başçısını və xalqı əmin edib ki, Azərbaycan polisi ölkədə əmin-amanlığın, sabitliyin qorunması istiqamətində, cinayətkarlıqla mübarizədə bundan sonra da ayıq-sayıq olacaq.
Usubov görülən işlərlə bağlı ətraflı məlumat verib.
Xalqın polisə yüksək etimad göstərdiyini və ictimaiyyətin
cinayətlərin açılmasında polisə yardım etdiyini bildirib.
Mərasimdə Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan bir qrup polis əməkdaşına orden və medallar təqdim edilib.